Bu gün səhər saatlarında Əfqanıstanın cənubunda xəstəxanaya bombalı hücum edilib.
Bizimaz.az NTV-yə istinadən xəbər verir ki, teror hadisəsi nəticəsində 20 nəfər ölüb, 98 nəfər yaralanıb.
Hücum nəticəsində dağıntılar da baş verib. Ölü sayının artacağı istisna edilmir.
Bu hadisədən bir neçə saat sonra ölkənin şərqinə hava hücumu təşkil edilib. Bu zaman isə 30 vətəndaş ölüb. Bununla da, gün ərzində terrorçular 50 nəfəri öldürüb, 98 nəfəri isə yaralayıb.
Hücumları “Taliban” terror təşkilatı öz üzərinə götürüb.
Qeyd edək ki, ABŞ-ın “Taliban”la danışıqları dayandırmasından sonra Əfqanıstanda teraktlar intensivləşib. Ötən həftə terror hücumları nəticəsində 48 nəfər ölmüşdü.
istinad