Xəbər lenti

 

ABŞ Prezidenti Donald Tramp İrana hər hansı müdaxilə ilə bağlı “Bir zənglə istənilən ölkəyə girə bilərik. Bunun bu gün olması şərt deyil. Sabah və ya iki həftə sonra da ola bilər”, - deyə mesaj göndərib.

 

ABŞ Prezidenti Donald Tramp Kaliforniyanın Meksika sərhədində inşası davam edən sərhəd divarı ilə bağlı araşdırmalar apararaq bu barədə jurnalistləri məlumatlandırıb. 

“İranda hər hansı hərbi müdaxiləyə gəlincə, Tramp Orta Şərqdə nə olacağını zamanla görəcəyimizi bildirib. Müdaxilə etmək istənilən halda asandır.

Bir zənglə istənilən ölkəyə girə bilərik. Bunun bu gün olması şərt deyil. Sabah və ya iki həftə sonra da ola bilər”.

Keçən həftə vəzifəsindən azad olunan Ağ Evin milli tTəhlükəsizlik müşaviri Con Bolton ilə bir çox mövzuda fikir ayrılıqlarının olduğunu vurğulayan Tramp “Bolton kimi insanlar İraqa girmək istədi və işlər yolunda getmədi. Bataqlığa düşdülər, Orta Şərqdə polis olduq. Bu qorxunc idi” sözlərini də əlavə edib.

Cənub sərhədindəki qanunsuz immiqrasiya böhranını sərhəddə qurulan divarla həll edəcəklərini deyən Tramp artıq çox insanın gələ bilməyəcəyini ifadə edib.

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov