Xəbər lenti

 
 ABŞ Səudiyyə Ərəbistanının neft emalı zavoduna gəmi raketləri ilə hücumun İrandan gəldiyinə inanır və rəsmi Vaşinqton bununla bağlı hazırda BMT-nin Baş Assambleyasına təqdim etmək üçün dəlil yığdığını bildirib. 

Bizimaz.az: Bununla bağlı “Fransa Press” adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Şənbə gecəsi Səudiyyə Ərəbistanındakı iki neft obyektində pilotsuz təyyarələrin hücumları nəticəsində yanğın baş verib. Ən böyük ixracatçı və üç ən böyük neft istehsalçısından biri olan ölkə hücumdan sonra neft hasilatını iki dəfəyə qədər azaltdığını (normal göstərici təqribən 9,8 milyon barel idisə, indi 5.7 milyon barelə düşüb) söyləyib.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının vuruşduğu yəmənli üsyançılar neft zavoduna pilotsuz uçuş aparatları ilə hücumu öz üzərinə götürüb.

ABŞ-ın dövlət katibi Mayk Pompeo hücumun Yəməndən gəldiyinə dair heç bir dəlilin olmadığını söyləyib və İranı günahlandırıb.

İran Xarici İşlər Nazirliyi isə bu iddiaları rədd edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov