Misirin İsgəndəriyyə şəhərinin su altında qala biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Bizimaz.az “Posta”ya istinadən xəbər verir ki, 2 min il öncə Makedoniyalı İsgəndər tərəfindən qurulan şəhər tarix boyu işğallar, yanğınlar və zəlzələlərə baxmayaraq ayaqda qalmağı bacarıb.
Bu dəfə isə təhlükə daha böyükdür. Belə ki, 3 tərəfdən Aralıq dənizi ilə əhatələnən şəhərin sahillərində qlobal istiləşmə səbəbindən su səviyyəsi də yüksəlməkdədir. Hazırda güclü dalğaların qarşısını almaq üçün beton sədlər inşa edilir.
BMT-də qlobal istiləşmə ilə bağlı dəniz sahillərində olan şəhərlərin təhlükədə olması ilə bağlı xəbərdarlıq etmişdi. Proqnozlara görə 2100-cü ilə qədər dünyadakı su hövzələrində su səviyyəsi 98 sm-ə qədər yüksələcək.
Xatırladaq ki, 2015-ci ildə İsgəndəriyyə sahillərində baş vermiş güclü fırtına nəticəsində şəhərin üçdə biri su altında qalmış, bir çox ev uçmuş və 6 nəfər ölmüşdü.
BAKU.WS