İran Fars körfəzində saxlanılan Britaniya tankerinin 7 heyət üzvünü azad etməyə hazırdır.
Bizimaz.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı informasiya yayıb.
Məlumata görə, Tehran tezliklə Britaniya tankerinin heyət üzvlərinin azad edilməsi ilə bağlı məsələsini həll etməyə çalışır.
Qeyd edək ki, iyulun 19-da İran Britaniyanın “Stena İmpero” neft tankerini saxlayıb. Bu olay iki ölkə arasında gərginliyə səbəb olub. Bundan əvvəl isə Cəbəllütariq boğazında Britaniya İranın tankerini saxlayıb.