Xəbər lenti

ABŞ Talibanla saziş layihəsinə uyğun olaraq 135 gün ərzində Əfqanıstandakı 5 bazadan 5 min hərbi qulluqçunu çıxarmağa hazır olacaq.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, bu sözləri “TOLO Nyus” a açıqlamasında ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad deyib.

“Bəli, biz prinsipial razılıq əldə edə bildik”, - Xəlilzad bildirib.

Bununla belə Əfqanıstan üzrə xüsusi nümayəndə razılaşmanın yekun nəticə olmadığını, ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqlənməli olduğunu söyləyib.

Qeyd edək ki, bundan öncə Prezident Tramp da ABŞ-ın Əfqanıstandakı əsgərlərinin sayının 8,5 minə endiriləcəyini bildirmişdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov