Xəbər lenti



Sentyabrın sonunda Günəşdə geomaqnit qasırğası olacaq.

 

Bizimaz.az “Report”-a istinadən  xəbər verir ki, təbiət hadisəsi sentyabrın 27-də başlayacaq 28-də sona çatacaq.

Belə ki, həmin müddətdə G2 səviyyəsində orta qasırğanın baş verəcəyi gözlənilir.

Bu ilin ikinci ən güclü qasırğası isə avqustun 31-də olub. G2 sinfinə aid həmin geomaqnit qasırğası hələ də davam edir.

Xatırladaq ki, bundan əvvəlki qasırğa may ayında baş verib və G3 səviyyəsində olub.

Qeyd edək ki, bu hadisə xüsusi risk qrupundan olan xəstə insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stress və depressiya tipli hallar meydana gətirə bilər. Belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmamaq lazımdır, çoxlu təmiz su içmək faydalıdır. Eyni zamanda kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov