Xəbər lenti



"Bunsuz bu qıfıl açılmayacaq"

 

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampla görüşməkdən imtina edib.

“BBC”yə istinadla verilən xəbərə görə, Ruhani deyib ki, ancaq məlum sanksiyalar ləğv ediləcəyi təqdirdə Trampla görüşə bilər.

"Bunsuz bu qıfıl açılmayacaq", - o bildirib.

 

Məlumat üçün bildirək ki, İran prezidenti bu sözləri xarici işlər naziri Məhəmməd Zərifin bazar ertəsi Fransada G7 sammitinə elan edilməmiş gəlişi və çıxışından sonra deyib.

Qeyd edək ki, Tramp isə bir neçə gün öncə demişdi ki, o, doğru şərtlər altında cənab Ruhani ilə görüşməyə hazırdır. 

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov