Bizimaz.az: BAKU.WS DHA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın yeni Baş prokuroru Ruslan Ryaboşapka bildirib.
O qeyd edib ki, bununla bağlı Rusiya tərəfi ilə razılaşma əldə edilib və Ukrayna da həbsdə olan rusları sərbəst buraxır:
“Ukraynalı dənizçilərlə yanaşı, digər məhbuslar Sentsov, Karpyuk, Baluh və Qrib də evlərinə qayıdırlar. Gözləyirik”.
Qeyd edək ki, 11 iyulda Rusiya və Ukrayna prezidentləri arasındakı telefon danışığında məhbusların qarşılıqlı olaraq dəyişdirilməsi məsələsi də müzakirə edilmişdi.
Xatırladaq ki, Rusiya hərbçləri 25 noyabrda Kerç boğazında Ukraynanın 3 gəmisini saxlamış və 24 ukraynalını həbs etmişdi.