Xəbər lenti

 

ABŞ Prezidenti Donald Tramp gələn il G7 sammitini Mayamidə özünün "Doral Golf" kompleksində keçirməyi planlaşdırdığını açıqladıqdan sonra Ağ Ev sahibinə məxsus qolf meydançalarının sayı maraq doğurub.

 

"Business Insider" portalı sözügedən məsələ ilə bağlı araşdırma aparıb.

Araşdırmaya əsasən, D.Trampın dünya miqyasında 16 qolf kompleksi var. Onlardan 12-si ABŞ-da yerləşir. Avropada üç böyük qolf meydançası olan ABŞ Prezidentinin Yaxın Şərqdə bir qolf kompleksi mövcuddur. Bundan başqa, daha üç qolf sahəsi tikinti mərhələsindədir

D.Trampın qolf "xəstəsi" olduğu məlumdur. O, Prezident seçildikdən bu günədək 202 dəfə qolf meydançalarına gedib və 93 dəfə qolf oynayıb. ABŞ liderinin Nyu-Yorkdakı qolf kompleksi özünün təmtərağı ilə xüsusi diqqət çəkir. 18 dəliyi olan bu qolf sahəsinin dəyəri 269 milyon dollardır. Orada tennis kortları və böyük üzgüçülük hovuz kompleksi də var. 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov