Xəbər lenti

Pilotun ürəyi getdi, təyyarəni sərnişin yerə endirdi
 

Mançester şəhərindən Portuqaliyanın Madeira adasına uçan təyyarənin pilotunun ürəyi getdiyi üçün təyyarəni yerə sərnişinlərdən biri endirib.

 

Bizimaz.az: Teleqraf.com xəbər verir ki, təyyarə Porto şəhərinə təcili eniş edib.

Məlumata görə, kapitan pilotun səhhəti təyyarə havada olarkən qəfil pisləşib, onun ürəyi gedib. Kapitan pilota oksigen maskası ilə süni hava verildiyi zaman təyyarədə olan sərnişin pilot hava gəmisini təcili Portoya endirməyi bacarıb.

Yerli mediaya danışan sərnişinlərdən Andrea Roze deyib ki, təyyarəni Porto şəhərinə endirən şəxsin tətilə gedən pilot olduğunu öyrəniblər.

Təyyarə Porto hava limanına enən kimi kapitan pilot dərhal xəstəxanaya çatdırılıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov