BAKU.WS “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, partlayışın bölgədə radioaktiv maddələrin yayılmasına səbəb olduğu açıqlanıb.

Rusiya Hidrometeorologiya və Ətraf Mühit Müşahidə İdarəsi bölgədə müşahidə edilən qaz buludu barium, stronsium və lantan izotoplarının pozulması səbəbindən formalaşıb.

Həmin partlayışda “Rosatom”un  beş əməkdaşı həlak olmuşdu. Rəsmi məlumata görə poliqonda maye yanacaqla işləyən raket mühərriki sınaqdan keçirilirdi.

Vyanada mənzillənən Hərtərəfli Nüvə Sınaqlarına Qadağa Sazişi Təşkilatı (CTBTO) bildirir ki, Rusiyadakı beş nüvə monitorinq stansiyasından dördü həmin partlayışdan sonra data ötürülməsini qəribə şəkildə dayandırıb.

Yüzkilometrlərlə şimal-qərbdə, Norveçdə yerləşən monitorlar da partlayışdan sonrakı günlərdə havada radioaktiv yodun səviyyəsində kiçik artım qeydə alıblar. 

Bəzi mütəxəssislər hesab edir ki, nüvə monitorinq stansiyalarının söndürülməsi nüvə yanacağı ilə işləyən raket mühərriki ilə bağlı hərbi sirləri qorumaq üçündür. Çünki bu stansiyalar şüalanma barədə məlumatları ötürsə, mühərrikin istifadə etdiyi yanacağın izotop tərkibi üzə çıxa bilər.