İtaliyanın məşhur turizm zonası olan Sardiniya adasındakı Çia çimərliyindən 40 kq qum oğurlayan fransalı cütlüyə həbs cəzası verilib.


BAKU.WS BBC Türkcə-yə istinadən xəbər verir ki, onlar qumları plastik şüşələrə dolduraraq avtomobilə yığıblar.

Daha sonra Porto Torres limanından Fransanın Tulon şəhərinə getmək istəyiblər. Onlar avtomobil daşıyan gəmiyə minərkən polislər tərəfindən saxlanılıblar.

Polisə ifadə verən cütlük qumu xatirə olaraq özləri ilə aparmaq istədiklərini və bunun qanunla qadağan olunduğunu bilmədiklərini söyləyiblər.

Qeyd edək ki, İtaliyada 2017-ci ildə qəbul edilən qanuna görə çimərliklərdəki qum və dəniz daşlarını götürənlər üçün 3 min avro cərimə və 1 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.