Xəbər lenti

Yeni Mərmərə zəlzələsi olacaq və gücü 7,5 bal təşkil edəcək.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, bu iddia ilə İstanbul Texniki Universitetinin Mədən fakültəsinin Geologiya bölümünün professoru Cenk Yaltırak çıxış edib.

Professor zəlzələnin zərərinin 1999-cu il İstanbul zəlzələsindən çox olacağını bildirib:

“Türkiyədə 1500 ildə 283 zəlzələ olub. Birdən çox bölgəni dağıtmış zəlzələ sayı isə 38-dir. Son yüz ildə baş vermiş ən güclü zəlzələlərə Mərmərə, Çinarcık, İzmit zəlzələlərini misal göstərmək olar. Bu zəlzələlərdə nə qədər ərazinin dağıldığını, qırılma xəttinin böyüklüyünü, nə qədər sahəyə təsir etdiyini bilirik. Mərmərədə bir zəlzələnin birdən çox yeri dağıtması üçün şiddəti 7 balı aşmalıdır.

Əlimizdəki araşdırmaya əsasən, Mərmərədə 7,5 bal böyüklüyündə zəlzələ olacaq. Mərmərədə son 20 ildə 6 zəlzələ olub və 7-ci gözlənilir. Bu zəlzələ 2019-2026-cı illər arasında olacaq və 2,5 dəqiqəyə qədər uzanacaq. Bu, İstanbul yox, Mərmərə zəlzələsi olacaq”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov