Xəbər lenti

 

Özünü təriqət lideri kimi təqdim edən Adnan Oktarın 11 iyul 2018-ci ildə yaşadığı villaya edilən basqınla bağlı yeni faktlar ortaya çıxıb.



Bizimaz.az: BAKU.WS “Sabah” qəzetinə istinadən xəbər verir ki, əməliyyatdan xəbər tutan Oktar və ən yaxın adamı Didəm Ürerin villadan qaçdığı gizli tunel aşkarlanıb.

Onlar tuneldən çıxaraq qapıda gözləyən lüks avtomobilə minərək ərazidən uzaqlaşıblar.

Lakin, polislərin çevik hərəkəti ilə onların izləri qısa zamanda müəyyən edilib və yaxalanıblar. Oktar və Ürer ələ keçiriləndə üzərlərində külli miqdarda pul tapılıb.

Qeyd edək ki, əməliyyat zamanı Adnan Oktar da daxil olmaqla 187 nəfər saxlanılıb, onlardan 167-si haqqında həbs qərarı çıxarılıb. 

 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov