Xəbər lenti



Dünyada işçilər üçün ən yaxşı imkanlar yaradan ölkə olan Finlandiyada tarixi qərar qəbul edilib.
Bizimaz.az: BAKU.WS DHA-ya istinadən xəbər verir ki, qərara əsasən işçilər həftəlik 40 saatlıq iş müddətinin yarısını harada və nə vaxt işləyəcəklərini özləri seçə biləcəklər.

İşçilər işə məsuliyyətli yanaşacaqları təqdirdə uşaqları ilə maraqlana, idman zalına gedə və istirahət müddətlərini artıra biləcəklər.

Araşdırmalara əsasən, Finlandiyada işçilərə daha yaxşı iş şəraiti təklif edildiyi üçün məhsuldarlıq və keyfiyyət daha da artıb.

Beynəlxalq İş yeri Qrupunun 96 ölkədə 18 min işçi arasında apardığı sorğuda iştirak edənlərin 80 faizi iş qrafikinin sadələşdirilməsinin məhsuldarlığı artırdığını bildirib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov