Xəbər lenti


 

Rusiyanın Tümen şəhərində naməlum şəxs Federal Milli Qvardiya Qoşunları Xidmətinin əməkdaşlarına atəş açıb.
 
TASS xəbər verir ki, bunu Xidmətin rəsmi nümayəndəsi Valeri Qribakin deyib.
 
Onun sölzərinə görə, bir qvardiyaçı odlu silahdan açılan atəş nəticəsində yaralanıb:
 
“Hazırda onun həyatı üçün təhlükə yoxdur. Keşik çəkən qvardiyaçılar şübhəli kişiyə yaxınlaşan zaman o, qvardiyaçılara tərəf naməlum əşya tullayıb və silahdan atəş açıb”.
 
V.Qribakin qeyd edib ki, hadisə yerindən qaçmaq istəyən şübhəli saxlanılıb və zərərsizləşdirilib:
 
“Hücum edən kişi ayağından yaralanıb. O, xəstəxanaya yerləşdirilib”

istinad
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov