Xəbər lenti


 

Hindistanın Madhya-Pradeş ştatında pələng 28 yaşlı kişini yeyib. 
 
“İndia Today” verdiyi xəbərə görə, 28 yaşlı Manoc Dhurve avqustun 6-da göbələk yığmaq məqsədilə meşəyə gedib və geri qayıtmayıb. 
 
Bundan narahat olan yaxınları onun axtarışına çıxıblar. Axtarış zamanı ilk olaraq onun əşyalarını, sonra isə eybəcər hala düşmüş qalıqlarını aşkar ediblər.
 
“Aşkarlanan sübutlar ona dəlalət edir ki, Manoc Dhurveni pələng öldürüb”, - meşə idarəsinin əməkdaşı Racniş Sinqh bildirib. Onun sözlərinə görə, pələng kişinin bədəninin böyük hissəsini yeyib. 
 
Manoc Dhurvenin ailəsinə təzminat ödəniləcək. (apa)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov