Xəbər lenti

ABŞ viza sistemini dəyişdirdi: bundan sonra...
 

ABŞ viza sistemində yenilik edib.

 

Bizimaz.az: Publika.az xəbər verir ki, sərbəst viza proqramından faydalanan 38 ölkənin vətəndaşları Şimali Koreya ilə yanaşı, İran, İraq, Sudan, Suriya, Liviya, Somali və Yəmənə səyahət etmiş olmaları təqdirində, ABŞ-a giriş zamanı əlavə viza almaq məcburiyyətində olacaqlar.

ABŞ Gömrük və Sərhəd Qoruma Birliyinin (CBP) internet saytında dərc olunan açıqlamada qeyd edilib ki, sözügedən ölkələrə 1 mart 2011-ci il və ondan sonrakı dövrlərdə səyahət ediblərsə, ABŞ-a girişləri məhdudlaşdırılacaq.

Proqram çərçivəsində 38 ölkənin vətəndaşlarına ABŞ-a 90 günlük vizasız giriş haqqı tanınırdı.

Sözügedən 38 ölkə bunlardır:

Andorra, Avstraliya, Avstriya, Belçika, Bruney, Çili, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Litva, Lxtenşteyn, Latviya, Lüksemburq, Malta, Monako, Hollandiya, Yeni Zelandiya, Norveç, Portuqaliya, San Marino, Sinqapur, Slovakiya, Sloveniya, Cənubi Koreya, İspaniya, İsveç, İsveçrə, Tayvan, İngiltərə.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov