Xəbər lenti



Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəsinin dövlət televiziyasında görünüb.
 Türkmənistan televiziyasının “Vətən” proqramı Berdiməhəmmədovun bu günlərdə aktiv istirahətlə məşğul olduğunu qeyd edib. 
 
Axşam yayımında Türkmənistan liderinin velosiped sürdüyü, at mindiyi və avtomatik silah atışlarında iştirak etdiyi barədə reportaj nümayiş olunub.
 
Bu, onun on gündən çox müddətdə televiziyada ilk çıxışı olub. Dövlət başçısı sonuncu dəfə iyulun 24-də ölümü ilə bağlı şayiələr yayıldıqdan sonra göstərilib.
 
Rəsmi KİV-lər xəbər verir ki, bundan əvvəlki illərdə Türkmənistan Prezidenti bütün ay - 15 iyul - 15 avqust arasında əmək məzuniyyətinə çıxıb. 
 
Qeyd edilir ki, əvvəlki illərdə Berdiməhəmmədov belə uzun istirahətə getmirmiş. Buna görə də Prezidentin ictimai həyatdan və mediadan uzun müddət kənar qalması ölkə əhalisi arasında müxtəlif söz-söhbətlərə səbəb olmuşdu.
 
Xatırladaq ki, iyulun 24-də Rusiyanın “Qovorit Moskva” radiosu Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbərini yaymışdı.Türkmənistanın Rusiyadakı səfirliyi isə xəbəri təkzib etmişdi.(Qafqazinfo)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov