Xəbər lenti

Üsamə bin Ladenin oğlu Həmzə bin Ladenin ölümü ilə bağlı məlumat yayılıb.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, NBC televiziyası ABŞ rəsmilərinin bin Ladenin oğlunun harada və nə zaman öldüyü haqqında məlumat vermədiyini bildirib.

Qeyd edək ki, ABŞ fevralda Həmzə bin Laden haqqında məlumat verən şəxsə 1 milyon dollar mükafat verəcəyini bəyan etmişdi.

Həmzə bin Laden 1989-cu ildə anadan olub. 2018-ci ildə o, 11 Sentyabr teraktının icraçılarından birinin qızıyla evlənib. Amerika kəşfiyyatı daha sonra Həmzənin Əl Qaidənin rəhbərliyinə gətiriləcəyi barədə məlumat yayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov