Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və Dubay şeyxi Məhəmməd ibn Rəşid əl-Maktumun altı arvadından biri olan şahzadə Haya bint əl-Hüseyn uzun müddətdən sonra ilk dəfə olaraq görüntülənib.


Bizimaz.az: BAKU.WS
 xəbər verir ki, İngiltərəyə köçən Haya ilə Maktumun qaldırdığı məhkəmə prosesi baş tutub.

Haya məhkəməyə vəkili Fiona Şakletonla birlikdə gəlib. 45 yaşlı xanımın fotoları ilk dəfə dünya mətbuatında təsadüfi çəkilmiş şəkildə yayımlanıb.


Məhkəmənin qərarı ilə Haya üçün təhlükəsizlik tədbirləri görülüb və onun üçün özəl olaraq cangüdənlər ayrılıb.


 Haya qorunması üçün övladları və ya özü üçün istədiyi isə dəqiq açıqlanmayıb. Məhkəmə prosesi davam edir.


Qeyd edək ki, ötən ay Dubay şeyxinin həyat yoldaşlarından biri olan Hayanın qaçması barədə məlumatlar yayılmışdı. Sonradan deyilənlərin həqiqətən də baş verdiyi məlum olub.


The Times nəşri Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və Dubay şeyxi Məhəmməd ibn Rəşid əl-Maktumun altı arvadından biri olan şahzadə Haya bint əl-Hüseynin qaçışının səbəbini araşdıraraq, ortalığa maraqlı faktlar çıxarıb.

İddiaya görə, 69 yaşlı Şeyx Haya ingilis ordusunun keçmiş zabiti, ailənin cangüdəni ilə əlaqəsi olduğundan şübhələnib.


Şeyxin şübhələrinin nə dərəcə doğruluğu məlum olmasa da, şahzadənin yaxın dostları bildirirlər ki, Haya Şeyxin “İnstagram”da ona yazdığı “Sən xəyanətkarsan, sən ən qiymətli şeyə xəyanət etdin.

"Sənin sirrin gün üzünə çıxdı” mesajından qorxuya düşüb.

Əvvəlcə qadın 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə birgə Almaniyaya qaçıb. Bu haqda məlumat əldə edən Şeyx Həayanı oradan geri gətirmək istəsə də, Almaniya tərəfi onun bu istəyinə rədd cavabı verib.

Bundan sonra Həyya İngiltərəyə köçüb. İndi uşaqlarla birlikdə şahzadə Londonda 85 milyon funt dəyərində olan sarayda gizlənir.

Bundan əvvəl isə mediada Hayanın ölkəsini bir neçə ay əvvəl tərk etməyə çalışdığı haqda informasiyalar yayılıb.

Onun bu addımı atmasına səbəb Şeyxin qızı Lətifənin ölkədən qaçmağa cəhd edən zaman başına açılan oyun olub.

Lətifə ölkədən qaçmaq üçün 7 il hazırlıqlar görüb. O, gözdən itməyə müvəffəq olsa da, son anda Lətifə ərəb xüsusi xidmət orqanları tərəfindən tutulub.

Lətifənin bir neçə ay həbsxanada saxlanıldığı deyilir. Hazırda isə onun taleyi naməlumdur.

Şeyxin qızına qarşı etdiyi bu qorxunc əməllərindən sonra Haya dəhşətə gəlib və özü ilə uşaqlarının eyni taleyi yaşamaması üçün ondan qaçıb.


Qeyd edək ki, 2004-cü ildə Dubay əmiri ilə ailə quran Haya bint əl-Hüseyn şeyxin sayca altıncı arvadı olub. Şahzadə İordaniya Kralı II Abdullahın bacısıdır.

Hazırda Dubay şeyxi uşaqlarının varisliyini almaq üçün çalışır. Həmçinin bildirilir ki, Haya da övladlarını yanında saxlamaq üçün bütün imkanlarından istifadə edir.

Eyni zamanda, yayılan məlumatlarda Hayanın ingilis ordusunun keçmiş zabiti, ailənin cangüdəni olmuş Russel Floverslə evlənmək mərhələsində olması xəbəri də gündəmi zəbt edib.