Xəbər lenti

Çin hökuməti 47 şəhərinin sakinlərinə sabahdan etibarən Tayvana özəl səfərlər etməyi qadağan edib.

 

Bizimaz.az xəbər verir ki, rəsmi Pekin qadağanın müvəqqəti xarakter daşıdığını bildirib. Qadağaya səbəb kimi isə Çinlə Tayvan arasında olan gərgin münasibət göstərilib.

Hələlik qadağanın məhz hansı şəhərlərə aid edildiyi açıqlanmayıb.

Qeyd edək ki, Çinlə Tayvan arasında münasibətlər ABŞ-ın ada “dövləti”nə 2 milyard dollarlıq silah satışına izn verməsindən sonra gərginləşib. Pekin Vaşinqtonun bu addımını kəskin şəkildə qınayaraq Tayvanın öz ərazisi olduğunu xatırladıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov