Xəbər lenti


 Adnan Oktarın Türkiyə hökuməti əleyhinə dedikləri üzə çıxdı.

 
Adnan Oktarın başçılıq etdiyi silahlı cinayətkar qrupla bağlı hazırlanan iddianamədə şok bir detal üzə çıxıb. İddianamə çərçivəsində “təsirli peşmanlıq” maddəsindən faydalanmaq istəyən şübhəli B.K. açıqlamalarında A.Oktarın həddini necə aşdığını danışıb.
 
 B.K. təşkilat rəhbəri Adnan Oktarın onlara qarşı təşkil edilə biləcək mümkün əməliyyat barədə “Əgər bizə qarşı əməliyyat qurarlarsa, biz də hökuməti yıxarıq” dediyini etiraf edib. Bundan başqa, Oktarın FETÖ tərəfindən gerçəkləşdirilən 15 iyul qanlı çevriliş cəhdindən sonra “Tayyip Ərdoğanın taleyi mənim əlimdədir” deyərək, təhdidlər səsləndirdiyi də etiraflar sırasındadır.
site:sabah.com.tr adnan oktar ile ilgili görsel sonucu
 
Şübhəli B.K açıqlamalarında bildirib ki, amerikalı əsgər və xəfiyyələrin iki ay öncə əməliyyatla bağlı xəbərdarlığının ardınca təşkilat içərisində əməliyyat aparılacağı ilə bağlı mövzu çox müzakirə olunub. İddianamədə yer alan ifadəsində şübhəli B.K. bildirib ki, təşkilatın siyasətə cavabdeh olan rəhbəri Aylin Atmaca hər gün A.Oktarın yanına gəlib, onlara qarşı əməliyyat təşkil olunacağı xəbərdarlığını edirdi. Etirafçı B.K. A.Atmacanın Ankarada yaşadığını və 11 iyul 2018-ci ildə A.Oktarın təşkilatına yönəlmiş əməliyyatın xəbərini öncədən təşkilata çatdırdığını etiraf edib.
 
Şübhəli B.K. ifadəsində bildirib ki, 2018-ci ilin iyun ayında, yəni, əməliyyatdan 1 ay əvvəl bir nəfər gələrək, A.Oktara “Sizə qarşı əməliyyat həyata keçiriləcək, məlumatınız olsun” deyib. A.Oktar da həmin şəxsə “Əgər bizə qarşı əməliyyat hazırlansa, biz də hökuməti devirərərik” cavabını verib.
 
15 İYULLA BAĞLI QALMAQALLI SÖZLƏR
 
Prezidentlik sisteminin gündəmə gəldiyi vaxtlarda Oktarın hökumət və prezident Rəcəb Tayyib Ərdoğan haqqında təhdidlər yağdırdığını deyən B.K. onun aşağıdakıları dediyini vurğuladı: “Ərdoğan 15 iyul hadisəsini də prezidentlik sistemini Türkiyəyə gətirmək üçün özəl olaraq planlaşdıraraq edib. Ərdoğanın dövlət düşməni olub-olmadığını öyrənmək üçün məndən fətva gözləyirlər. Əslində Ərdoğanın taleyi mənim əlimdə, əgər bizim əleyhimizə bir hərəkət etsə, bunun da mütləq qarşılığı olacaq”.
 
ƏMƏLİYYAT XƏBƏRDARLIĞININ ARDINCA RƏQƏMSAL TƏMİZLİK
 
Şübhəli B.K. ifadəsində əməliyyat keçiriləcəyi məlumatının əldə edilməsinin ardınca rəqəmsal bir təmizlik həyata keçirildiyi, bu təlimatın da təşkilata Didem Ürer tərəfindən verildiyini deyib. Bundan başqa, D.Ürerin koordinasiyasında Serap Akınçıoğlunun texniki məlumatları ilə birlikdə təşkilatdakı bütün rəqəmsal materialların keçmişinə yönəlik təmizliyin Deniz Tarık tərəfindən həyata keçirildiyi və cinayətkar qruplaşma əleyhinə dəlil yarada bilməsi mümkün olan bütün hissələrin silindiyini də bildirib.(Musavat.com)
21 Noyabr 2024 “Putin danışıqlara hazırdır”
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir?
17 Yanvar 2024 İran ABŞ və İsraili “Xeybərşekan”la hədələdi
06 Noyabr 2023 Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı AÇIQLANDI
15 Oktyabr 2023 Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib
13 Oktyabr 2023 "Müharibə yalnız bir şəkildə sona çata bilər" - Netanyahu
20 Sentyabr 2023 "İrəvan Bakının Qarabağla bağlı bəyanatını nəzərə alır" - Paşinyan
03 Sentyabr 2023 “Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan
06 Yanvar 2023 Zelenski Putinin atəşkəs təklifini rədd etdi
05 Yanvar 2023 kraynanın ağır zərbəsi Rusiyanı şoka saldı
27 Dekabr 2022 İran mollalarından QORXUNC QƏRAR - “Etirazçıların əl və ayaqları kəsilsin” - FOTO
26 Dekabr 2022 Rusiyanın hərbi aerodromuna hücum olub: Ölənlər var
23 Dekabr 2022 İran Zelenskini hədələdi
07 Dekabr 2022 ABŞ Rusiyanı G20-dən çıxarmaq istəyir
23 Noyabr 2022 Türkiyədə güclü zəlzələ, 2 ölü, 50 yaralı - Yenilənib
22 Noyabr 2022 Tokayev yenidən Prezident seçildi
18 Noyabr 2022 Putin Təhlükəsizlik Şurasının iclasını keçirir
16 Noyabr 2022 Moskva hava limanlarında artan terror aktı təhlükəsi rejimi tətbiq edildi
15 Noyabr 2022 Balidə Ərdoğan-Bayden görüşü başladı - Video - Yenilənir
14 Noyabr 2022 Zelenski Xersona getdi, Ukrayna bayrağı qaldırıldı - Yenilənib - Video
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov