Xəbər lenti



Türkmənistan hüquq-mühafizə orqanları prezidentin ölümü barədə şayiə yayılandan sonra gücləndirilmiş iş rejiminə keçiblər.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, bu məlumatı “Xronika Türkmənistan” yayıb. Məlumata görə, artıq prezident ölümü haqqında şayiə yaymaqda ittiham olunaraq, 3 nəfər saxlanılıb. Yaxalananların “Türkməntelekom”un əməkdaşı, Su Təsərüffatı İdarəsinin işçisi və Mənzil İstismar Sahəsi əməkdaşı olduğu vurğulanıb.

Artıq Mədəniyyət Nazirliyinə yayılan şayiələrlə bağlı əks-fəaliyyətə başlamaq tapşırığı da verilib. İnstaqramda yerli məşhurlar prezidentin ölümü ilə bağlı şayiələrə inanmamaqla bağlı video-çarxlar da yayıblar.

Qeyd edək ki, 21 iyulda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbəri yayılıb. Sonradan bu informasiya rəsmən təkzib edilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov