Xəbər lenti

Rusiyanın Korrupsiya ilə Mübarizə Fondunun direktoru İvan Jdanov Moskvada şəhər dumasına bəzi şəxslərin namizədliyinin ləğvi əleyhinə keçiriləcək mitinqdən öncə polis tərəfindən saxlanılıb.

 

Bizinaz.az: Axar.az xəbər verir ki, bu sözləri Jdanov öz Tvitter səhifəsində paylaşıb.

“Mən saxlanılmışam. Hər kəsə xoş günlər. Rusiya müstəqil olacaq”, – deyə o bildirib.

Jdanovdan başqa meriya qarşısında dizayner Konstantin Konovalov da saxlanılıb. O, səhər qaçışına çıxdığı vaxt meriya qarşısında həbs edildiyini bildirib.

Bununla bərabər Aleksey Navalnının mətbuat katibi Kira Yarmış və Korrupsiya ilə Mübarizə Fondunun əməkdaşı Ruslan Şaveddinovun mənzilində polis tərəfindən axtarış aparılıb. Axtarışlar Moskva Şəhər Dumasına namizəd Yuliya Qalyaminin evində də gedib.

Saxlanılanlar arasında Moskva Şəhər Dumasına keçmiş namizəd Dmitri Qudkov da yer alıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov