Xəbər lenti

ABŞ məhkəməsində mühakimə olunan Azərbaycan əsilli iş adamı Rza Zərrab barəsində irəli sürülmüş cinsi zorakılıq ittihamından bəraət alıb.

 

Teleqraf.com xəbər verir ki, məhkəmə milyarder iş adamının kamera yoldaşı, məhkum Fauzi Yaberin cinsi təcavüz və zorlamaya cəhd ittihamı ilə açılan dosyeni bağlamaq qərarı verib.

Zərrabın Manhattan ştatındakı “Metropolitan Correctional Center MCC” həbsxanasında qaldığı vaxt eyni kamerada qaldığı Yaber bu ittihamı 2017-ci ildə irəli sürmüşdü.

Məhkəmə 20 aydır davam edirdi, Fauzi Yaber Zərrab əleyhinə irəli sürdüyü ittihama görə qarşı tərəfdən təzminat tələb edirdi.

Əlavə edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi sanksiya qaydalarını pozmaq ittihamı ilə həbs olunub

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov