"Paris Notr-Dam" kilsəsi anomal istilər səbəbindən çökə bilər.
Bizimaz.az: BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, bu barədə Fransanın tarixi abidələrinin baş memarı Filipp Vilnöv bildirib.
O qeyd edib ki, apreldə baş vermiş yanğının söndürülməsindən sonra kilsənin divarlarında hələ də çox nəm qalıb.
"Ölkə ərazisində müşahidə olunan anomal istilər buxarlanmanı sürətləndirə bilər. Çox tez quruma isə binanın strukturu üçün təhlükə yarada bilər", - deyə F.Vilnöv vurğulayıb.
Yanğından sonra dağıntıları təmizləməklə məşğul olan işçilər ehtimal olunan çökmənin qarşısını almaq üçün xüsusi istehkamlar quraşdırır.