Xəbər lenti

Bu gün Yerin yanından meteorit keçəcək - NASA-dan qorxunc XƏBƏRDARLIQ
 

Bu gün Yer planetinin yaxınlığından Misirdə yerləşən Xeops, digər adı ilə Böyük Giza Piramidası boyda meteorit keçəcək.

 

Bizimaz.az: Publika.az xəbər verir ki, “2019 OD” adı verilən meteorit Yer planetinə 353 600 kilometrə qədər yaxınlaşacaq. Daha sonra kosmik boşluqda səyahətinə davam edəcək.

Astronomlar bu məsafənin olduqca yaxın olduğunu bildirir. Buna görə də “2019 OD” Apollo sinifi NEO (Near Earth Object/Dünyaya Yaxın Cisim) sinfinə daxil edilib.

Bəs planetimiz ehtimal olunan bir meteorit toqquşmasına hazırdırmı?

Hollivud filmlərinin ən məşhur mövzularından biri olan bu ssenariyə cavab NASA-dan gəlib. Qurumun açıqlamasına görə, bu ssenari gerçəkləşərsə, planetimizin gələcəyi heç də parlaq olmayacaq.

NASA mütəxəssisi Xosef Nort “American Geophysical Union” (Amerika Geofizika Birliyi) toplantısındakı çıxışında bildirib ki, sürpriz meteorit toqquşmasına müdaxilə ediləcək müddət olmaya bilər. Ən böyük problem isə bu vəziyyətdə insanların necə davranmasının məchulluğudur. Mütəxəssis qeyd edib ki, meteoritlərin Yer planeti ilə toqquşmaması üçün kosmosa meteoritləri analiz edən kosmik gəmi göndərmək lazımdır. Həmin kosmik gəmi meteoritin qarşısını almaq imkanına da sahib olacaq.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov