Xəbər lenti

Cənubi Koreyanın Qərargah Rəislərinin Birləşmiş Komitəsi Rusiya Hərbi Kosmik Qüvvələrini ölkənin hava məkanını pozmaqda ittiham edib.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, komitə Rusiya hərbi təyyarəsinin Yapon dənizi istiqamətində ölkənin hava məkanını iki dəfə pozduğunu bildirib.

Rusiya təyyarəsinin Cənubi Koreyaya girməsiylə əlaqədar rəsmi Seul havaya F-15K və F-16K təyyarələrini qaldırıb. Bununla bərabər təyyarələr siqnal raketləri buraxıb və xəbərdarlıq atəşi açıblar. Rus təyyarəsi Cənubi Koreya hava məkanında 6 dəqiqə qaldıqdan sonra ölkə ərazisini tərk edib. 18 dəqiqə sonra yenidən Cənubi Koreya hava məkanına daxil olan rus təyyarəsi bu dəfə burada 4 dəqiqə qalıb.

Cənubi Koreya Müdafiə Nazirliyi yaranan insidentlə bağlı Rusiya səfirinə Seulun etirazını çatdıracağını vurğulayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov