Xəbər lenti


 

Türkiyədən sonra daha bir ölkədə saxta içkidən zəhərlənmə oldu. 
 
Bizimaz.az: Moderator.az xəbər verir ki, hadisə Latın Amerikası qitəsində yerləşən Kosta-Rika dövlətində baş verib. Ötən həftədən başlayaraq saxta içkidən ölənlərin sayının artıq 19 nəfərə çatdığı bildirilir. Dövlət tərəfindən verilən açıqlamada 14 kişi və 5 qadının həyatını itridiyi bildirilir. 
 
Ölümlərin əsasən paytaxt San-Xose şəhərində baş verdiyi deyilir. Bununla yanaşı, dövlət tərəfindən 30 min saxta şüşə içki müsadirə edilib. Səhiyyə nazirliyi isə bəzi içki markalarının adını açıqlayaraq bu cür firmaların içkilərini içməmək üçün insanlara xəbərdarlıq edib.
 
Qeyd edək ki, Türkiyədə də son dönəmdə 22 nəfər saxta içkidən dünyasını dəyişib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov