Dünya ictimaiyyəti İranın qarşısını almaq üçün tədbirlər görməlidir.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu məlumatı öz Tvitter səhifəsində Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyr paylaşıb.
“Azad gəmiçiliyə istənilən təcavüz beynəlxalq hüququn pozulmasıdır. İran anlamalıdır ki, onun gəmilərin ələ keçirilməsiylə bağlı fəaliyyəti qəbuledilməzdir. Dünya ictimaiyyəti bu cür davranışlarının qarşısını almaq üçün tədbirlər görməlidir”, – deyə o bildirib.