Xəbər lenti

 
 
 

Parisin ən böyük “Galeries” ticarət mərkəzinə maskalı şəxslər tərəfindən basqın olub.

 

AZƏRTAC BFM telekanalının saytına istinadla xəbər verir ki, Fransa paytaxtının Lafayett rayonunda yerləşən ticarət mərkəzinin mühafizəçiləri ilə əllərində soyuq silahlar olan quldurlar arasında əlbəyaxa dava-dalaş olub. Talançılardan bir neçəsi çəkiclə yan qapıların şüşələrini və vitrinləri sındırıb. Mühafizə xidmətinin əməkdaşları quldurları ticarət mərkəzindən qova biliblər. Lakin onların bir neçəsi bədən xəsarətləri alıb.

“Galeries” ticarət mərkəzinə dəyən ziyanın məbləği hələ dəqiqləşdirilməyib. Cinayətkarların bir neçə bahalı saatı oğurladıqları bildirilir. Paris prokurorluğu insidentlə bağlı təhqiqat aparır. Basqında iştirak edənlərin heç birini yaxalamaq mümkün olmayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov