Xəbər lenti



Araşdırmaçı həkim Bradstreetin klinikasına basqın edilib.

 

Onun araşdırmaları götürüldükdən sonra bir çayda ölü tapılıb.

Xərçəng, AİDS, Autizm kimi xəstəliklərin dəqiq çarəsini tapmağa yaxınlaşan Dr. Bradstreet sinəsindən vurularaq öldürülüb. Bildirilir ki, həkimin araşdırması yaxşı gedirmiş və uğurlu nəticələrin əldə edilməsi yaxın imiş. 24 həftəlik bir müalicə müddətində 20 min dollara yaxın maliyyə xərclənib, 85 % uğurlu nəticə verən tətqiqatın daha çox uğurlu ola biləcəyi təsdiqlənmişdi.

ABŞ qida və dərman idarəsi isə həkimin bu araşdırmasını qanunauyğun hesab etmirdi. İstifadə etdiyi dərmanları isə təsdiqlənməmiş hesab edirdilər. Lakin bu müalicə üsulu təsdiqini tapmasa da, Yaponiya daxil olmaqla, bir çox ölkədə olduqca uğurlu nəticə verib. Bundan sonra beynəlxalq səviyyədə “xərçəng üçün şəfa üsulu” olaraq elan edilib.

Bu həkimin müalicə metodu ilə bir çox xəstəliklər müalicə edilə bilir.  Onun müəmmalı ölümünün təfərrüatı isə gizlin saxlanılıb. Həkimin ailəsi belə bu barədə məlumatlandırılmır.  Ailənin məhkəməyə ölüm səbəbi barədə tələbləri isə nəticəsiz qalır.
Bu ölüm araşdırmaçı həkimlərlə bağlı bir faktı yenidən diqqət mərkəzinə çıxarıb. Keçmiş vaxtlardan ciddi xəstəliklər üzərində aparılan araşdırmaların nəticəsi tibdə inqilab etməyə yaxınlaşanda tədqiqat müəmmalı şəkildə dayandırılır, həmin araşırmanı aparan həkimlər isə müəmmalı şəkildə ölü tapılır.

/Medicina.az/

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov