Xəbər lenti



İran Futbol Federasiyası ölkənin qadınlarının DÇ-2022-nin seçmə mərhələsininin matçlarının stadiondan izləməyinə icazə verib.

 

 FİFA-dan bildirilib ki, bununla bağlı prezident Canni İnfantinonun məktubuna federasiyanın rəhbəri Mehdi Taca müsbət cavab verib. Ancaq qərarın qüvvəyə minməsi üçün İran hökümətinin razılığı lazımdır.

Qeyd edək ki, 1981-ci ildən etibarən İranda qadınların futbol matçlarına getməyinə qadağa qoyulub. Bu ölkənin millisi DÇ-2022-nin seçmə mərhələsində İrak, Bəhreyn, Kamboca və Honkonqla bir qrupda yer alıb.

Xatırladaq ki, FİFA prezidenti C.İnfantino iranlı qadınların stadiondan oyun izləməyinə icazə verilməsi üçün İran Futbol Federasiyasına məktub göndərmişdi.    /qol.az/

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov