Xəbər lenti

ABŞ bu ölkəyə gizli şəkildə ORDU YERİDİR
 

ABŞ Səudiyyə Ərəbistanına 500 əsgər göndərəcək.

 

Bizimaz.az: Publika.az xəbər verir ki, əsgərlər paytaxt Ər-Riyaddakı Şahzadə Sultan Hərbi Hava Bazasına yerləşdiriləcək.

Adı açıqlanmayan iki amerikalı Müdafiə Nazirliyi nümayəndəsi CNN-ə açıqlamasında bildirib ki, əsgərlər “Patriot” hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi üçün aparılan hazırlıq işləri çərçivəsində göndərilir.

Xəbərə görə, ABŞ Konqresi Səudiyyə Ərəbistanını əsgər göndərilməsi ilə bağlı rəsmi şəkildə bilgiləndirməyib. Açıqlamanın gələn həftə verilməsi gözlənilir.

“Middlebury” Beynəlxalq Çalışmalar Universitetinin Şərqi Asiya Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Layihəsiin direktoru Cefri Levis bildirir ki, “Planet Labs” adlı şirkətinin peyki iyun ayında hava bazasında ABŞ əsgərlərinin və dəstək heyətinin ilk görüntülərini əldə edib.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri səlahiyyətlərini icra edən Patrik Şanaxan ötən ay İranla körfəz bölgəsində yaşanan gərginlikdən sonra regiona əlavə əsgər göndəriləcəyini açıqlamışdı. Lakin əsgərlərin hansı ölkəyə yerləşdiriləcəyi gizli qalmışdı.

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Yəməndə davam edən müharibədə Səudiyyə Ərəbistanına verdiyi hərbi dəstəyi kəsməsini ehtiva edən qanun layihəsini veto etmişdi.

Anadolu Agentliyinin hesabatına görə, ABŞ-ın Yaxın Şərqdəki 11 ölkədə 46 hərbi bazası var. Bu bazalara Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, İsrail, İordaniya, Suriya, İraq, Oman ev sahibliyi edir. Körfəzin ən böyük ölkəsi Səudiyyə Ərəbistanında isə ABŞ bazası yerləşmir. ABŞ sözügedən ölkədə 2003-cü ildə hərbi varlığına son qoyub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov