Xəbər lenti

 

ABŞ-da 1,4 milyon nəfərlik mülki şəxsin bu ölkəyə məxsus hərbi hissələrdən birinə basqına hazırlaşması Pentaqonu qorxuya salıb.

 

Bizimaz.az  dünya mediasına istinadən xəbər verir ki, facebook sosial şəbəkəsində 1,4 milyon nəfər amerikalı 20 sentyabr tarixində Nevada ştatında yerləşən və yadplanetli cəsədlərinin saxlanıldığı iddia edən “Area 51” hərbi hissəsinə hücum edəcəklərini bildirib. Daha 1,1 milyon insan isə bu məsələdə tərəddüd etdiyini, fəqət yadplanetliləri görmək üçün istənilən an bu hücuma qatıla biləcəklərini bildirib.

 

Bu rəqəmlər qarşısında şoka düşən Pentaqon hərbi hissəni yüz minlərlə insanın hücumdan qorumaq üçün hərəkətə keçib. Əhaliyə bununla bağlı xəbərdarlıq edən Hərbi Hava Qüvvələrinin komandanlığı onları hərbi hissədən uzaq durmağa çağırıb. Xəbərdarlıqda bildirilib ki, hərbi hissəyə daxil olmağa çalışan hər kəsə qarşı güc tətbiq ediləcək.

Mümkün xəbərdarlıqla yanaşı Pentaqonun hərbi hissəsinin qorunması üçün əlavə tədbirlər görəcəyi ehtimal edilir. Bununla belə 20 sentyabr tarixində “Area 51” hərbi hissəsi ətrafında hərbçilərlə mülki insanların toqquşma ehtimalı yüksək olaraq qalmaqdadır. Əgər sözügedən basqın reallaşarsa, bu, hərb tarixində hərbi hissəyə edilən ən böyük hücum kimi yadda qalacaq.

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov