Xəbər lenti


 

Türkiyədə “bədəlli əsgərlik” müddətini daha da azaltmağı nəzərdə tutan qanun layihəsini qəbul edib.
 
Yeni dəyişikliklərə görə əsgərlik çəkmək istəməyən şəxslər İyulun 16-dan etibarən 33 min 230 türk lirəsi ödəyərək xidmətdən azad oluna bilərlər.
 
Bu məbləği ödədikdən sonra onlar 28 gün hərbi təlimlərin əsaslarına yiyələnməklə əsgərlik xidməti keçəcək və daha hərbi zidmətlərini başa vurmuş hesab olunacaqlar.
 
Maraqlıdır ki, ötən il bu məbləğ 15 min lirə olub.
 
Müraciət iyul ayından başlayaraq 2020-ci ilin yanvar ayınadək davam edəcək. Müraciət edən şəxslər zabit, ehtiyat zabit və sıravi əsgər olaraq, öz seçimlərini edə bilər.
 
Xatırladaq ki, pul qarşılığından hərbi xidmətdən azad olma ənənəsi Türkiyədə hələ Osmanlı imperiyası dövründən mövcuddur. Burada məqsəd dövlətin və ordunun əlavə xərclərdən azad olmasıdır. Bədəlli əsgərlik xidmətindən toplanacaq vəsait ölkənin müdafiə sənayesi fonduna köçürüləcək(modern)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov