Xəbər lenti


 

İran səmasında ABŞ-ın məşhur U-2 kəşfiyyat təyyarəsi görünüb.
 
 U-2S Dragon Lady kəşfiyyat təyyarəsi İranın hava məkanına girərək onlarla kilometr irəliləyib, amma İranın Hava Hücumundan Müdafiə sistemləri tərəfindən aşkar edilməyib.
 
“Plane Radar” resursu tərəfindən təqdim edilmiş məlumatlarına əsasən kəşfiyyat təyyarəsi (İCAO kodu-AE0950) İran səmasında uçarkən cəmi 1880 metr yüksəklikdə olub. Bu barədə Birləşmiş Ştatlarından hər hansı rəsmi şərh verilmir. Amma mütəxəssilər istisna etmirlər ki, təyyarə GPS sistemində baş vermiş pozuntu nəticəsində İranın hava məkanına daxil olub. Çünki əvvəllər bu regionda belə hallar qeydə alınıb, o cümlədən Amerikanın İran tərəfindən vurulmuş pilotsuz kəşfiyyat təyyarəsi də GPS koordinatlarının yanlış təyin edilməsi nəticəsində bu ölkənin hava sahəsinə girmişdi.
 
Hazırda Amerika hərbi kəşfiyyat təyyarələri İranın hava sərhədlərindən azı 15-20 kilometr məsafədən uçmağa çalışır, narahatlıq var ki, İran GPS sisteminin işini poza və nəticədə real koordinatların əvəzinə yalançı koordinatlar verə bilər.(Virtualaz.org)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov