Xəbər lenti


 

Kiyevdə naməlum şəxslər “112 Ukrayna” telekanalının binasını qumbaraatanlardan atəşə tutublar. İnsident nəticəsində xəsarət alan olmayıb.
 
Bildirilir ki, gecə saatlarında polis idarəsinə Kiyevin Şevçenko rayonunda partlayış səslərinin eşidildiyi barədə məlumat daxil olub. Hadisə yerinə gələn qanun keşikçiləri “112 Ukrayna” telekanalının binasında fasadın zərər gördüyünü müəyyən ediblər. İnsident yerində dərhal təhqiqat başlanılıb, bir qumbaraatan tubusu aşkar edilib.
 
Ukrayna Milli Polis İdarəsinin məlumatına görə, bu hadisə terror aktı kimi qiymətləndirilib. Hazırda atəş açan şəxsin və ya şəxslərin yaxalanması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir.
 
Toplanılmış dəlillər təhqiqatın davam etdirilməsi üçün Ukrayna Təhlükəsizlik Xidmətinə təqdim olunub.(modern)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov