Xəbər lenti

Yaponiya ŞOKDA - 32 milyon dollar oğurlandı
 

Yaponiyada onlayn kriptovalyuta birjanın hesabından 32 milyon dollar oğurlanıb.

 

Bizimaz.az: Publika.az xəbər verir ki,“Bitpoint Japan” onlayn kriptovalyuta birjasının virtual valyuta ticarəti sistemində vəsaitlərin köçürülməsi zamanı səhvə yol verilib. Aparılan araşdırma nəticəsində məlum olub ki, kriptovalyutaların fırıldaqçılar tərəfindən qeyri-qanuni çıxarılması baş verib. Oğurlanan aktivlərin ümumi məbləği 3,5 milyard yen təşkil edib ki, bunun da 2,5 milyard yeni müştərilərə məxsusdur.

Şirkətin nümayəndələri yaranan vəziyyətə görə müştərilərdən üzr istəyib və məsələnin tezliklə aydınlaşdırılacağını bildiriblər. Hazırda birjada bütün əməliyyatlar dayandırılıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov