Xəbər lenti


 

Son vaxtlar kişi-qadın bərabərliyinə yönələn ard-arda yeni qanunlar qəbul edən Səudiyyə Ərəbistan daha bir qərar qəbul etmək niyyətindədir. Keçən il qadınlara avtomobil idarə etmək hüququ verən ölkə indi də qadınlara səyahət hüququ verəcək. 

 

 Bizimaz.az: Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ilin sonlarında qəbul ediləcək qərara əsasən qadınlar kişilərin icazəsi olmadan da səyahət edə biləcək. Hazırkı qanuna əsasən qadın səyahət etmək istəyirsə, mütləq şəkildə yaxın kişi qohumlarından birinin icazəsi gərəkdir.  

Hətta Səudiyyə Ərəbistanda  kişilərin telefonlarına  qadının ölkə xaricinə çıxmasına icazə üçün mobil tətbiq belə yüklənmişdi. Son vaxtlar həmin tətbiqin nəticəsində gənc qızlar atalarının telefonundan  xəbərsiz olaraq, özlərinin xaricə çıxmaq icazəsini təsdiq edərək evdən qaçıb.

 

Qeyd edək ki, qanun 21 yaşadak olan kişilər üçün də nəzərdə tutulub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov