Xəbər lenti

“Müqəddəs İsanın doğulduğu yer” kilsəsi Dünya İrs Siyahısına daxil edildi
 

Dünya İrs Komitəsinin 43-cü sessiyasında Portuqaliyanın Dünya İrs Siyahısına daxil edilmək üçün təklif etdiyi daha bir nominasiya – “Müqəddəs İsanın doğulduğu yer” kilsəsi müzakirə olunub.

 

Bizimaz.az: Publika.az xəbər verir ki, bu irs nümunəsi barədə məlumat verən ICOMOS nümayəndəsi abidənin Portuqaliyanın şimalındakı Braqa şəhərinin yaxınlığında yerləşdiyini bildirib. Barokko üslubunda inşa edilmiş ziyarətgahın hündürlüyü 116 metrdir. İslam dinində həcc ziyarəti olduğu kimi xristinlıqda da bu kilsənin yerləşdiyi dağın ətrafında dolanmaqla bənzər ayin yerinə yetirilir. ICOMOS bu irsin Dünya İrs Siyahısına daxil edilməsinin tövsiyə olunduğunu bildirib. Braziliya və İspaniya bu abidənin müstəsa universal dəyərə malik olduğunu bu abidənin siyahıya daxil edilməsinə çağırış ediblər. Müzakirələrdən sonra “Müqəddəs İsanın doğulduğu yer” kilsəsi Dünya İrs Siyahısına daxil edilib. Portuqaliya nümayəndəsi çıxış edərək deyib: “Biz bu qərarı sivil dünyanın irəliyə doğru atılmış addımı hesab edirik. Ziyarətgah hər kəsin üzünə açıqdır. Bura bütün dinlərə məxsus insanların tolerantlığının təcəssümüdür”. Portuqaliyanın “Dini Qardaşlıq” Təşkilatının nümayəndəsi abidənin 600 ildir inşa edildiyini bildirib: “Bu ziyarətgah özünün mürəkkəbliyi ilə bizi vəcdə gətitir. Dünya İrs Komitəsinin bu abidə ilə bağlı bütün maddələri icra olunacaq. Abidənin qorunması üçün konversasiya tədbirləri görüləcək. Bu gündən etibarən “Müqəddəs İsanın doğulduğu yer” kilsənin həyatında yeni dövr başlayır”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov