ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya lazımi xarakteristikalı karbon fiber tapa bilmədiyinə görə “Avanqard” hipersionik raketindən 60-dan çox hazırlaya bilməyəcək.
Bizimaz.az xəbər verir ki, bu məlumatı CNBC televiziyası öz mənbələrinə istinadən yayıb.
“Onların 60-dan çox hipersionik silah istehsal etmək imkanları yoxdur. Ona görə ki, bu silahın hazırlanması çox baha başa gəlir”, – deyə mənbə bildirib.
Qeyd edək ki, CNBC keçən il yaydığı məlumatda Moskvanın karbon fiber üçün başqa mənbə axtardığını bildirmişdi. Belə ki, “Avanqard” raketləri üçün istifadə edilən əvvəlki karbon fiber materialı raketin daxili sistemlərində nasazlıqların meydana gəlməsinə səbəb olurdu.
istinad