Xəbər lenti

10 gün sonra DÜNYANIN GÖZLƏDİYİ HADİSƏ gerçəkləşəcək
 

“1 həftə, 10 gün sonra S-400-lərin ilk seriyası ölkəmizə enəcək”.

 

Bizimaz.az: Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan alınan S-400 zenit raket kompleksinin tədarükü ilə bağlı danışarkən deyib.

Ərdoğan bildirib ki, bütün hazırlıqlar və tədbirlər tamamlanıb: “Bunu Trampa açıq şəkildə söylədim. Cənab Putin də söylədi: “Bir S-400 üç “Partiot”a bərabərdir”.

Türkiyə prezidenti qeyd edib ki, şərtlər uyğun olsa, ABŞ-dan “Patriot”hava hücumundan müdafiə sistemləri də alına bilər:

“Texnoloji baxımdan bir S-400 üç “Patriot”a bərabərdir. Buna rəğmən, şərtlərə baxacağıq. Əgər şərtlər S-400-lə belə eyni olsa, “Patriot” alarıq. Amma bərabər olmasa, mənfəətimizi düşünəcəyik. Kredit, ortaq istehsal və qiymət kimi bir çox məsələlər müzakirə olunur”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov