Xəbər lenti

Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun həyat yoldaşlarından biri olan Haya bint əl-Hüseynin ölkədən qaçdığı iddia olunur.


Dubaylı milyarderin xanımı 31 milyon funt-sterlinq (təxminən 40 milyon dollar) götürərək Londona qaçıb.

Ona qaçmaqda kömək edən şəxsin almaniyalı diplomat olduğu deyilir. Təsdiq olunmamış məlumatda bildirilir ki, o, 7 yaşlı oğlu Zayed və 11 yaşlı qızı Əl-Calilanı da özü ilə aparıb.
Qeyd edək ki, Haya bint əl-Hüseyn İordaniya kralı I Hüseynin qızıdır. O,  Şeyx Məhəmməd bin Rəşid ilə 2004-cü ilə ailə qurub. Şeyx Məhəmməd bin Rəşid əl-Maktum isə Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti və Baş Naziridir. Onun 9 milyard dollarlıq sərvətə sahib olduğu deyilir.  (milli.az)


türküstan.info

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov