Xəbər lenti

İran ŞƏRTİNİ AÇIQLADI: ABŞ müharibə istəmirsə...
 

“ABŞ müharibə istəmirsə, sanksiyaları yüngülləşdirməlidir”.

 

Bizimaz.az: Publika.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhaninin baş məsləhətçisi Hüsaməddin Aşina deyib.

İran hökuməti Strateji Araşdırmalar Mərkəsinin sədrliyini də icra edən Aşina tvitter hesabından verdiyi açıqlamada bildirib ki, rəsmi Vaşinqtonun Tehrana qarşı sanksiyalara davam etməsi müharibəyə yol açır.

“Amerikalılar müharibə və sanksiyaların medalyonun 2 üzü olduğunu və bir-birindən fərqli olmadığını bilməlidir. Sanksiyaları davam etdirməklə istər-istəməz müharibəyə gedirsiniz. Müharibə istəmirsinizsə, sanksiyalarla bağlı nəsə düşünməlisiniz”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən gün verdiyi açıqlamada gecəyarısından etibarın İrana qarşı sanksiyaları genişləndirəcəyini demişdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov