Xəbər lenti

ABŞ Çinin daha 4 texnologiya şirkətini və bir kompüter texnologiyaları institutunu qara siyahıya salıb.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Ticarət Nazirliyi yayıb. Qara siyahıya salınan şirkətlər arasında “Higon”, “Sugon”, "Chengdu Haiguang Integrated Circuit” və “Chengdu Haiguang Microelectronics Technology” yer alıb.

ABŞ sanksiyalarına həmçinin Çinin Tszyanan Kompüter Texnologiyaları İnstitutu da məruz qalıb.

Onların hər birinə “Huavey” şirkəti üçün nəzərdə tutulan qadağalar tətbiq olunub.

Nazirlik bu şirkətlərin ABŞ təhlükəsizliyinə təhdid yaratdığını, onların Çin ordusu üçün superkompüterlər hazırladığını bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov