Xəbər lenti


Bu gün Rusiya Prezidenti Valdimir Putin 17-ci dəfə birbaşa efirdə sualları cavablandıracaq.

 

Turkustan.info xəbər verir ki, dövlət başçısının Rusiya vətəndaşları ilə canlı təması günorta başlayacaq və “Birinci kanal”, “Rusiya 1”, “Rusiya 24”, “NTV”, “OTP”, “MİR” telekanalları, “Mayak”, “Vesti FM” və “Radio Rossii” radioları ilə birbaşa yayımlanacaq.

Vladimir Putin canlı efirdə sualları cavablandırmaq ənənəsinin əsasını ilk prezidentliyi dövründə, 2001-ci ildə qoyub.

Həmin vaxt prezidentə 400 min sual ünvanlanmış, 2 saat yarım zaman ərzində dövlət başçısı yalnız 47 suala cavab verə bilmişdi.

Ötən il isə prezident 4 saat 20 dəqiqəlik canlı yayımda 2 milyondan artıq sualdan 74-nü cavablandırmışdı.   /Teleqraf.com/

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov