Xəbər lenti


 İşğalçı ölkədə yaxın gələcəkdə  bank üçün qızıl külçələr istehsal edən qızıl affinaj   zavodu açılacaq. 

 

Bizimaz.az: Moderator.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə,  bu barədə parlamentdə “Çiçəklənən Ermənistan” fraksiyasının deputatlarından birinin sualına cavab verən   mərkəzi bankın sədri Artur Cavadyan danışıb. O deyib ki, zavod  mərkəzi bankı da əhəmiyyətsiz faizlərlə  və "səssiz investor statusu" ilə investisiya edəcək.  Məlum olub ki,  işğalçı ölkədə tikiləcək qızıl zavodunun əsas investoru   İşveçrənin iri şirkətlərindən biridir.  Zavodun böyük istehsal potensialı olacaq.
Qeyd edək ki, affinaj - müxtəlif səviyyəli kimyəvi  təmiz qızıl əldə etmək prosesidir və onun vasitəsilə  bankın ehtiyacları  üçün  istifadə edilən qızıl  külçələr hazırlanır.
 
P.S. Bildiyimizə görə, Azərbaycanda da qızıl affinaj zavodu yoxdur. Və bu sahədə İsveçrənin məşhur “Argor-Heraeus” şirkəti ilə əməkdaşlıq edilir.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov